Ramil Şeydayev: "Məndən nə tələb olunduğu yaxşı başa düşürəm"

"Krılya Sovetov"un və Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev klub saytına müsahibə verib.

Newsport.az saytı həmin müsahibəni təqdim edir:

- "Lokomotiv"lə oyunda "Krılya Sovetov"da debüt elədin. Fikirlərin maraqlıdır.

- Şadam ki debüt etdim. Amma məğlub olduğumuz üçün debütüm ikinci plana düşdü. Məğlubiyyətə görə tam fərqli hisslər olur. Biz son Rusiya çempionu ilə oynadıq. Ancaq ikinci hissədə aydın olmadı ki, kim birinci diviziondan çıxıb, kim Rusiya çempionudur. Məğlubiyyətə layiq oyun nümayiş etdirmədik. Bu oyundan dərs çıxarmalıyıq.

- Stadionda ab-hava necə idi? Çoxdan idi ki, Rusiyada çıxış etmirdin...

- Stadion əla idi, çox xoşuma gəldi. Uduzduğumuz oyunda azarkeşlə möhtəşəm dəstək oldular. Onlara çox sağ ol dedim.

- Samarada yaşayan azərbaycanlıların səni stadiondan dəstəkləməsi necə hissdir?

- Bir daha onlara təşəkkürümü bildirirəm. Bu, mənim üçün xoş haldır. Azarkeşin stadionda çox olması müsbət haldır. 

- Baş məşqçi tam hazır olmadığını deyib. Özünü nə vaxt tam hazır edəcəksən?

- Bir həftədir komandadayam. Ancaq futbolu birinci dəfə oynamıram və məndən nə tələb olunduğu yaxşı başa düşürəm. Tapşırıqları yerinə yetirməyə çalışacam ki, komandaya mümkün qədər çox fayda verim. Deyə bilərəm ki, ilk dəqiqədən oynamaq istəyirəm. Öz üzərimdə çox çalışacam. İnanıram ki, yaxşı olacaq. Hər şey baş məşqçinin dediyi kimi olacaq. Nə vaxt fikirləşsə, qərar versə, oynamağa hazıram.

- Samara şəhərini gəzmisən?

- Ancaq sahildə gəzməyə macal tapdım. Deyəsən, böyük şəhər deyil, amma rahatdır. Xoşuma gəldi.

- Rusiya Premyer Liqası az məhsuldarlığına tənqid olunur. Çempionatın səviyyəsi barədə nə deyə bilərsən?

- Sonuncu tur daha məhsuldar alındı, çoxlu qollar qeydə alındı. 4:0, 4:1 hesablı nəticələr qeydə alındı. Amma bütün çempionatlarda elə olur ki, az qol vurulur. Düşünürəm ki, növbəti turlar daha maraqlı olacaq və və baxımlı futbol görəcəyik. Nəzərə alaq ki, komandalar ideal formaya qalxmayıblar.

- "Krılya Sovetov"da səndən başqa digər azərbaycanlı futbolçu - Azər Əliyev də çıxış edir. Onunla münasibətin yaxındır?

- Komandadan əksər futbolçuları tanıyırdım. Buna görə də uyğunlaşmaq çətin olmayacaq. Bununla bağlı problem olmayacaq. Azərlə yanaşı, hamı məni yaxşı qarşıladı. Hər kəslə yaxşı münasibətim var.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right