Qurban Qurbanovun diqqətində olan futbolçu Rusiya yığmasına dəvət aldı

Rusiyanın 21 yaşadək futbolçularından ibarət seçmə komandasının AÇ-2019-un seçmə mərhələsi çərçivəsində Serbiya və yoldaşlıq oyununda Misir komandaları ilə qarşılaşmalar üçün heyəti açıqlanıb.

Newsport.az-ın məlumatına görə, baş məşqçi Yevgeni Buşmanov kkomandanın düşərgəsinə 29 futbolçu çağırıb. Onun dəvət göndərdiyi oyunçular arasında “Rostov” klubunun Azərbaycan əsilli yarımmüdafiəçisi Ayaz Quliyev də var.

Rusiya sentyabrın 7-də Misir, 11-də isə Serbiya ilə qarşılaşacaq.

Qeyd edək ki, "Rostov"da mövsümə uğurlu start verən Ayaz Quliyev millimizin baş məşqçisi Qurban Qurbanovun da sərəncamında görmək istədiyi futbolçular sırasındadır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right