"Yuventus" Pyaniçlə müqaviləni uzatdı RƏSMİ

“Yuventus” futbolçusu Miralem Pyaniçlə müqaviləni yeniləyib.

Newsport.az-ın məlumatına görə, bosniyalı yarımmüdafiəçinin yeni müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Pyaniçin yeni müqavilə ilə illik 7 milyon avro qazanacağı bildirilib.

“Real”, “Barselona”, PSJ və “Mançester Siti” kimi klublar 28 yaşlı futbolçu ilə maraqlanırdı.

Qeyd edək ki, ötən mövsüm İtaliya A Seriyasında 31 oyuna çıxan Pyaniç 5 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right