"Milan"ın yeni transferi uzun müddət oynamayacaq: ürəyində problem aşkarlandı

"Milan"ın yay transfer dönəmində "Sampdoria"dan azad agent statusu kimi heyətinə qatdığı İvan Striniç bir müddət yaşıl meydanlardan kənar qalacaq.

Newsport.az-ın məlumatına görə, buna səbəb Xorvatiya millisinin üzvünün ürəyində problemin yaranmasıdır. 31 yaşlı sol cinah müdafiəçi həkimlırin məsləhətindən sonra 3-4 ay futboldan kənar qalacaq.

Qeyd edək ki, Striniç DÇ-2018-də Xorvatiya millisinin heyətində yer almışdı. O, "Hayduk, "Dnepr" və "Napoli" kimi komandalarda da çıxış edib. Striniç "Dnepr"in heyətində 2014/15 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı hər iki oyunda meydanda olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right