Hollandiya millisinin üzvü komandan ayıldı 1 ildən sonra

Hollandiyanın “Ayaks” klubunun futbolçusu Abdelhak Nurinin səhətti ilə bağlı irəliləyiş var. 

Newsport.az-ın məlumatına görə, 21 yaşlı futbolçu bir ildən sonra komadan ayılıb. 

Məlumatı yarımmüdafiəçinin qardaşı Abderrahim Nuri verib.  O, gənc futbolçunun səhhətində xeyli irəliləyiş olduğunu bildirib. 

Abdelhak Nuri otən ilin iyul ayının 8-də Almaniyanın “Verder” klubu ilə yoxlama matçı zamanı huşunu itirib və təcili olaraq helikopterlə xəstəxanaya çatdırılıb.  Lakin beynində problem yaranan futbolçu komaya düşüb. 

Qeyd edək ki, Nuri “Ayaks”ın əsas komandasının heyətində 9 oyun keçirib.  O, Hollandiyanın gənclərdən ibarət bütün yaş qruplarında forma geyinib.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right