Azərbaycanlı futbolçulara "elçi düşən" klub baş məşqçisini qovdu

Avstriyanın “Mattersburq” klubu baş məşqçisi Gerald Baumqartnerlə yolları ayırıb.

Newsport.az-ın məlumatına görə, mütəxəssisin qovulmasına komandanın Bundesliqanın son turunda evdə "Volfsberqer" klubuna 0:6 hesabı ilə biabırçı şəkildə uduzması olub. Yenilgini həzm etməyən rəhbərlik 54 yaşlı avstriyalı çalışdırıcıya qapını göstərib. Komanda müvəqqəti olaraq, aşağı yaş qruplarında çalışan Markus Şmidtə həvalə edilib.

Qeyd edək ki, “Mattersburq” Azərbaycan millisinin futbolçuları - Ramil Şeydayev və Araz Abdullayevlə maraqlanırdı. Şeydayev Rusiyanın “Krılya Sovetov” klubuna keçibsə, Arazın taleyi qeyri-müəyyəndir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right