"Şerif"in "Qarabağ"la oyundan öncəki qələbəsi

Moldova çempionatında 17-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Şerif” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Milsami” ilə qarşılaşıb. Oyun “Qarabağ”ın rəqibinin qələbəsi ilə başa çatıb - 2:0.

Hesabı 29-cu dəqiqədə Joalisson açıb. 90-cı dəqiqədə isə Rifet Kapiç “Şerif”in qələbəsini rəsmiləşdirib.

Tiraspol təmsilçisi 17 turdan sonra 39 xalla 8 kollektiv arasında liderdi.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right