Məşhur futbolçu Rumıniya klubunda

Braziliya millisinin sabiq üzvü Julio Baptista karyerasını yenidən Avropada davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, 36 yaşlı hücumçu Rumıniyada davam etdirəcək. Baptista "ÇFR Kluj"la 1 illik müqavilə imzalayıb.

Baptistanın son klubu "Orlando Siti" olub.  O, 2017-ci ilin yanvarında ABŞ klubundan ayrılıb.

Qeyd edək ki, braziliyalı futbolçu "Sevilya", "Real", "Arsenal", "Roma" və "Malaqa" kimi klublarda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right