Andrey Tixanov: "Ramil Şeydayev hələ hazır deyil"

Millimizin üzvü Ramil Şeydayev "Krılya Sovetov"un heyətində Premyer Liqanın 4-cü turunda Moskva "Lokomotiv"inə qarşı matçda debüt edib.

Newsport.az-ın məlumatına görə, Samara klubunun baş məşqçisi Andrey Tixanov oyunla bağlı və Ramil Şeydayevin durumundan danışıb:

"Hesabda geri düşsək də, bunu dəyişə bilmədik. Öz üzərimizdə işləməliyik. Miral Samadjiç çox yaxşı oynadı. Baxmayaraq ki, çoxdan idi oynamırdı. Ustalıq səviyyəsi oynamağına imkan verir. Ramil Şeydayev isə hələ hazır deyil. Ona öz üzərində işləmək və forasını bərpa etmək lazımdır. Deyərdim ki, bu gün biz məğlubiyyəti haqq etmirdik. Xeyli qol şanslarımız oldu".

Qeyd edək ki, Samara təmsilçisi öz meydanında "Lokomotiv"ə 0:1 hesabıyla uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right