Ramil Şeydayev "Krılya Sovetov"da debüt etdi

Milli komandamızın üzvü Ramil Şeydayev "Krılya Sovetov" klubunun heyətində debüt edib.  

Newsport.az-ın məlumatına görə, Şeydayev Rusiya Premyer Liqasının IV turunda doğma meydanda "Lokomotiv"ə qarşı keçirilən matçda meydanda olub. 22 yaşlı hücumçu qarşılaşmanın 81-ci dəqiqəsində meydana daxil olub. Samara təmsilçisinin Azərbaycan əsilli futbolçusu Azər Əliyev isə ehtiyatda qalıb.

Qarşılaşma "Lokomotiv"in minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolun müəllifi isə Qjeqoj Kırxovyak olub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right