Fərid Nəbiyev Çexiyada növbəti qolunu vurdu

Çexiya Gənclər Liqasında 5-ci turun görüşləri keçirilib. 

Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Slaviya”nın 21 yaşadək futbolçulardan ibarət komandası səfərdə “Radeç Kralove” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Fərid “Slaviya”nın yeganə qolunu vurub. 2-cü dəqiqədə hesabı açan Praqa təmsilçisi üstünlüyünü qorumağı bacarmayıb.

Qeyd edək ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan 19 yaşlı futbolçu cari mövsümdə 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right