Tural Rzayev oynadı, komandası qalib gəldi

Litva çempionatında 22-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçular – Kamran Quliyevlə Tural Rzayevin formasını geyindiyi “Yonava” doğma meydanda “Palanqa” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 3:1.

Kamran bu oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib. Tural isə bu görüşün iştirakçısı olub. Rzayev start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Yonava” 17 xalla turnir cədvəlində sonuncu - 8-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right