Nazarovun komandası Almaniya kubokunda startdaca dayandı

Futbol üzrə Almaniya Kubokunda yeni mövsümə start verilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də ilk təsnifat mərhələsindən mübarizəyə qoşulub.

Sözügedən klub doğma meydanda “Maynts” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3. Nəticədə, Aue klubu kubokda mübarizəni elə startdaca dayandırmalı olub.

Nazarov da bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 71-ci dəqiqədə əvəzlənib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right