Ulduz futbolçu Rumıniya klubu ilə müqavilə imzaladı

Braziliya millisinin sabiq üzvü Xulio Baptista karyerasını Rumıniyada davam etdirəcək.  

Newsport.az-ın məlumatına görə, 36 yaşlı hücumçu "CFR Cluj" klubu ilə münasibətlərini rəsmiləşdirib.  Napoka təmsilçisi futbolçu ilə imzalanan müqavilənin şərtləri barədə hansısa məlumat verməyib. 

Baptistanın son klubu "Orlando Siti" olub.  O, 2017-ci ilin yanvarında ABŞ klubundan ayrılıb.

Qeyd edək ki, Baptista karyerası ərzində  "Sevilya", "Real", "Arsenal", "Roma" və "Malaqa" kimi məşhur komandalarda forma geyinib. O, Braziliyanın əsas milli komandasının heyətində 47 oyun keçirib.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right