Türkiyə millisinin üzvü rəsmən "Qalatasaray"da

"Qalatasaray" klubu növbəti transferini həyata keçirib.  

Newsport.az-ın məlumatına görə, İstanbul nəhəngi "Alanyaspor"un üzvü Emre Akbabanı rənglərinə bağlayıb.  "Aslanlar" Türkiyə millisinin üzvü ilə 4 illik müqavilə imzalayıb.  

"Qalatasaray" bu keçidə görə "Alanyaspor"a 4 milyon avro ödəyib.  

Qeyd edək ki, 25 yaşlı yarımmmüdafiəçi karyerası ərzində  "Kahramanmaraş BB" və "Antalyaspor" kimi klublarda forma geyinib.  O, Türkiyənin əsas milli komandasının heyətində 5 oyun keçirib.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right