Şeydayev Premyer Liqa klubu ilə müqavilə imzaladı, "11-i" seçdi

Türkiyənin "Trabzonspor" klubundan ayrılan Azərbaycan milli komandasının üzvü Ramil Şeydayev karyerasını Rusiyada davam etdirəcək.  

Newsport.az-ın məlumatına görə, 22 yaşlı hücumçu Rusiya Premyer Liqasında mübarizə aparan "Krılya Sovetov" klubuna keçidini rəsmiləşdirib.  Samara təmsilçisi gənc forvardla mövsümün sonuna qədər müqavilə imzalayıb.  

Şaydayev yeni klubunda 11 nömrəli forma altında çıxış edəcək.  

Qeyd edək ki, Şeydayev Rusiyanın "Zenit" klubunun yetirməsidir. O, son mövsümü icarə əsasında "Qarabağ" klubunda keçirib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right