Luçesku: "Zenit"dən niyə göndərildiyimi hələ də anlaya bilmirəm"

Türkiyə milli komandasının baş məşqçisi Mirça Luçesku "Zenit"i çalışdırdığı dönəmlə bağlı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, Luçesku Rusiya təmsilçisindəki işini uğursuz qiymətləndirlənlərlə razılaşmayıb: "Zenit"də uğursuz olduğumu düşünənləri anlaya bilmirəm. Rusiya Super Kubokunu qazandım. Çeçpionatı 3-cü başa vurdum. Klub sayəmdə çoxlu pul qazandı. Çempion da ola bilərdik. "Spartak" həmin mövsümü əla keçirdi. Son dəqiqələrdə çox qollar vurdular. Hakimlər bizə qarşı haqsız qərarlar çox verdilər".

73 yaşlı mütəxəssis Sankt-Peterburq təmsilçisindən göndərilməsini hələ də anlaya bilmir: "Əlbəttə, səhvlərim də olub. Bəzi futbolçularla daha yaxşı münasibət qura bilərdim. Milyonlar xərcləmədən gənc, yaradıcı komanda qurmaq istəyirdim. Bir il də gözləmək lazım idi. Daha sonra nələr edəcəyimizi görəcəkdilər. Sözün düzü, "Zenit"dən niyə göndərildiyimi hələ də anlaya bilmirəm"

Qeyd edək ki, rumıniyalı çalışdırıcı 2016/17 mövsümündə "Zenit"in "sükanı arxası"nda olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right