Azərbaycan UEFA reytinqindəki mövqeyini əldən verdi

Avropa Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmalarından sonra UEFA-nın reytinq cədvəlində dəyişikliklər olub. 

Newsport.az-ın məlumatına görə, Azərbaycan UEFA reytinqindəki mövqeyini əldən verib.

İsrail xallarını 18,375-ə çatdıraraq, 24-cü pilləyə yüksəlib. 18,250 xala malik Azərbaycan isə 1 pillə geriləyərək, 25-ci mövqedə qərarlaşıb.

Qeyd edək ki, hazırda Azərbaycanı avrokuboklarda yalnız "Qarabağ" klubu təmsil edir. Çempionlar Liqası ilə vidalaşan Ağdam komandası Avropa Liqasının pley-off mərhələsində Moldova "Şerif"i ilə üz-üzə gələcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right