Valverde: "Messi mövsümə bu mövqeydə başlayacaq"

"Barselona"nın baş məşqçisi Ernesto Valverde La Liqada mövsümün start həyəcanı öncəsi açıqlama verib.

Newsport.az-ın məlumatına görə, mütəxəssis Lionel Messinin mövsümə hücumun sağ cinahında başlayacağını deyib: "Messi mövsümə sağ cinahda başlayacaq. Bunun üzərində çox işlədik. Görək, necə aılnacaq. Malkon "Bordo" klubunda sağ cinahda çıxış edirdi. Ancaq onun digər cinahda oynamaq bacarığı var. Arturo Vidal zədəsini bir müddət əvvəl sağaldıb. Yavaş-yavaş formasını bərpa edir. Ümid edirəm ki, bizə yardımı çox olacaq".

Qeyd edək ki, "Barselona" La Liqanın ilk turunda "Alaves"i qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right