Kovaçdan futbolçulara telefon qadağası

“Bavariya”nın baş məşqçisi Niko Kovaç futbolçular üçün yeni qaydalar tətbiq edib..

Newsport.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis oyunçulara bazada telefon işlətməyə limit qoyub. Bu barədə "Bild" məlumat yayıb. Məlumata görə, Kovaç futbolçulara mobil telefondan istifadəni yeməkxanada, iclas və fizioterapiya otaqlarında qadağan edib. Kovaç futbolçulara yataq otaqlarına telefon işlətməyə qadağa qoymayıb. 46 yaşlı məşqçi futbolçuların telefonla məşğul olmaqdansa, bir-birləri ilə ünsiyyətdə olmasını istəyir.

Qeyd edək ki, Kovaç ötən mövsümün sonunda “Bavariya”ya baş məşqçi təyin olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right