"Qalatasaray" müdafiəçisi ilə vidalaşır

"Qalatasaray" 2007-ci ildən komandada çıxış edən Hakan Balta ilə ötən mövsüm başa çatan müqaviləni uzatmadı.

Newsport.az-ın məlumatına görə, 35 yaşlı müdafiəçi ilə vida mərasimi təşkil olunacaq. Bu, "Qalatasaray"ın Super Liqada "Göztəpə"ni qəbul etdiyi ev oyunundan öncə baş tutacaq.

Türkiyə millisinin sabiq üzvünün karyerasına başa vuraraq, "Qalatasaray"ın akademiyasında məşqçilik edəcəyi gözlənilir.

Qeyd edək ki, Hakan Balta "sarı-qrımızılar"da 332 oyun keçirib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right