Ramil Şeydayev Rusiya klubuna keçdi RƏSMİ

"Trabzonspor"dan ayrılan Ramil Şeydayev Rusiyada çıxış edəcək.

Newsport.az-ın məlumatına görə, 22 yaşlı hücumçu Premyer Liqa təmsilçisi "Krılya Sovetov"un düşərgəsində baxışda olub və məşqçilər korpusunu razı salıb. Onunla imzalanan müqavilənin detalları bəlli deyil.

Şeydayev bu gün "Krılya Sovetov"un heyətində əvəzedici komandaya qarşı keçirdiyi oyunda (3:1) qollardan birinə imza atıb.

Avstriyanın "Matterburq" klubunun düşərgəsində olan Şeydayev müqavilə imzalamağa yaxın olsa da, Rusiyada çıxış etməyə üstünlük verib. O, baş məşqçi məsələsinə görə, Samara təmsilçisini seçib.

Qeyd edəl ki, Şeydayev "Zenit"in yetirməsidir. Millimizin üzvü "Rubin"də də icarə əsasında çıxış edib. 2016-cı ildə "Trabzonspor"a transfer olan forvard "Jilina" və "Qarabağ"da icarə əsasında oynayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right