"Millidən getməyi düşünürdüm, amma.." Toni Kroos

"Real"ın futbolçusu Toni Kroos DÇ-2018-dəki uğursuzluqdan sonra Almaniya millisindəki karyerasını başa vurmaq istəyib.

Newsport.az-ın məlumatına görə, bu barədə 28 yaşlı yarımmüdafiəçi özü məlumat verib. Kroos  ailəsinin onu bu qərarından daşındırdığını bildirib: "Dünya çempionatında uğursuzluqdan sonra yığmadan getməyi düşünürdüm. Amma həyat yoldaşım və oğlum millidəki karyeramı davam etməyimi istədilər. Mən də onlara "yox" cavabı vermədim. İndi hədəfim Avro-2020-dir. Biz müvəffəqiyyət qazanmalıyq",

Qeyd edək ki, Almaniya DÇ-2018-də qrupdan çıxa bilməmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right