“Məsut Özilin yığmadan belə ayrılması böyük bir ayıbdı”

İrqçiliyə məruz qalaraq Almaniya millisindəki karyerasını bitirdiyini açıqlayan Məsut Özildən geri qayıtması istənilir.

Newsport.az-ın məlumatına görə, Türkiyə əsilli futbolçunun keçmiş komanda yoldaşı Timo Verner Özilin yığmadan ayrılması ilə bağlı danışıb.

Hazırda “Leypstiq”də oynayan Verner bunları deyib: “Məsut Özilin yığmadan belə ayrılması böyük bir ayıbdı. Geri qayıdarsa, əksəriyyətimiz xoşbəxt olacağıq. Özil komandada böyük fərq yarada biləcək futbolçudur”.

Özil DÇ-2018-dən sonra, ona olan təzyiqlərə görə Almaniya millisindəki karyerasını bitirdiyini açıqlamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right