"Məndən futbolçu tələb edirlər, amma gedib saxta formalar alırlar"

"Napoli"nin prezidenti Aurelio De Laurentiis maraqlı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, Neapol klubunun çılğın başqanı azarkeşlərin tələbinə özünəməxsus cavab verib: "Məndən milyonlarla avro xərcləyərək, transferlərlər tələb edirlər. Niyə bu qədər transferlə bağlı danışdıqlarını da heç anlaya bilmirəm. Məndən futbolçu tələb edirlər, amma gedib saxta formalar alırlar. Halbuki belə etməyə də bilərlər. Bunlar ya dəli olublar, ya da həb qəbul ediblər".

Laurentiis "Torino"nun hücumçusu Andrea Belottinin transferi üçün danışıqlar aparmadıqlarını deyib: "Torino" ilə Belottinin keçidi üçün danışıqlar aparmamışıq. Əgər Belotti 65 milyon avrodursa, Roberto İnqlese də 85 milyondur. Onu "Parma"ya icarəyə verdik. Getsin və özünü sübut etsin. Gələn yay 100 milyon avro qiymət qoyacaqlar".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right