Stefan Mbia Fransaya döndü

Kamerun millisinin sabiq üzvü Stefan Mbianın yeni klubu bəlli olub.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı futbolçu karyerasını Fransada davam etdirəcək. Təcrübəli dayaq yarımmüdafiəçisi Liqa 1 təmsilçisi “Tuluza”ya azad agent statusu ilə keçib.

Mbia karyerası ərzində "Renn", "Marsel", KPR, "Sevilya" və "Trabzonspor" klublarında çıxış edib. Stefan son olaraq, Çinin "Hebey Çin Forçun" klubunda forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right