Zidanın çalışdırmaq istədiyi komanda

Ötən mövsüm baş çatan kimi Madrid "Real"ından sürpriz şəkildə ayrılan Zinəddin Zidanın çalışdırmaq istədiyi klub bəlli olub.

Newsport.az-ın məlumatına görə, fransız mütəxəssis yenidən iş başına qayıtmaq istəyir. "L'Équipe" nəşrində yer alan məlumata görə, 46 yaşlı mütəxəssis növbəti mövsümdən "Mançester Yunayted"i çalışdırmaq istəyir.

Qeyd edək ki, "Mançester Yunayted"i 2016-cı ildən Joze Mourinyo çalışdırır. "Qırmızı şeytanlar"ın portuqaliyalı mütəxəssislə 2020-ci ilə qədər müqaviləsi var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right