Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.  

Newsport.az saytının məlumatına görə, buna "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Belarusda BATE ilə heç-heçə (1:1) etməsi səbəb olub.  Borisovda qeydə alınan bərabərlik sayəsində 0,125 xal qazanan Ağdam təmsilçisi ölkəmizin xal ehtiyatını 18,25-ə çatdırıb.  

Nəticədə Azərbaycan İsraili qabaqlayaraq 24-cü pilləyə yüksəlib. Avrokuboklarda qələbəyə görə 0,250, heç-heçə halında isə 0,125 reytinq xalı verilir.

Qeyd edək ki, Bakıda keçirilən ilk oyunda BATE-yə 0:1 hesabı ilə məğlub olan "Qarabağ” ÇL ilə vidalaşıb. Ağdam təmsilçisi Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right