"Roma" "Sevilya"nın futbolçusunu transfer etdi

"Roma" növbəti transferini reallaşdırıb.

Newsport.az-ın məlumatına görə, "canavarlar" "Sevilya"nın yarımmüdafiəçisi Stiven Nzonzini transfer edib. Paytaxt klubu 29 yaşlı futbolçunun transferi üçün 30 milyon avrosundan keçib. Fransa millisinin üzvüylə 4 illik müqavilə imzalanıb. Nzonzinin həftəlik maaşı 60 min avro olacaq.

Qeyd edək ki, Nzonzi 2015-ci ildə "Stok Siti"dən "Sevilya"ya keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right