Əfsanəvi oyunçu sabiq "Qəbələ"lini təriflədi: "Ona güvənə bilərik"

"Endi bu mövsüm komandanın heyətində keçirdiyi ilk oyunda özünü yaxşı tərəfdən göstərdi. Onun çıxışından razıyam".

Newsport.az-ın məlumatına görə, bu sözləri Şotlandiyanın "Reyncers" klubunun baş məşqçisi Stiven Cerard deyib.  

Əfsanəvi futbolçu komandasının heyətində çıxış edən Endi Hallideylə bağlı danışıb.  O, ötən mövsümün ilk yarısını icarə əsasında "Qəbələ"də keçirən yarımmüdafiəçi haqda xoş fikirlər səsləndirib.

Cerard 26 yaşlı futbolçunun Şotlandiya Premyer Liqasının II turunda "Sent Mirren"lə matçdakı performansından razı qalıb: "Kluba gələrkən futbolçular haqda fərqli şeylər eşidirdim. Bəzən müsbət sözlər qulağımıza çatmırdı. Amma məncə, insanlara dəyər vermək lazımdır. Hallidey bu oyunda özünü yaxşı tərəfdən göstərdi. O, bütün məşqlərdə yaxşı çalışır. Məncə, biz ona güvənə bilərik. O, oynamaq üçün şansını gözləyirdi və biz bu fürsəti verdik. Onun oynamaq hirsi var. Endi yalnız meydanda deyil, ehtiyatda da vacib futbolçudur". 

Qeyd edək ki, Hallidey "Qəbələ"də 8 oyun keçirib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right