Sampaolinin yeni iş yeri müəyyənləşir

DÇ-2018-dəki uğursuz çıxışdan sonra Argentina milli komandasından qovulan Xorxe Sampaolinin yeni komandası bəlli olmaq üzrədir.

Newsport.az saytının məlumatına görə, argentinalı mütəxəssis Meksika millisinin "sükanı arxası"na keçməyə yaxındır. 58 yaşlı mütəxəssislə ABŞ, Kosta-Rika və Paraqvay yığmaları da danışıqlar aparıb. Lakin Meksika Futbol Federasiyası Sampaoli ilə danışıqlarda bir addım öndədir və anlaşma yaxın günlərdə əldə ediləcək.

Qeyd edək ki, Meksika yığması DÇ-2018-dən sonra Xuan Karlos Osorio ilə yolları ayırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right