UEFA Super Kuboku: 1,7 milyard avroluq oyun

UEFA Super Kubokunda Çempionlar Liqasını qazanan "Real"la Avropa Liqasının qalibi olan "Atletiko" üz-üzə gələcəklər.

Newsport.az saytının məlumatına görə, "Transfermarkt" Madrid derbisinin dəyərini açıqlayıb. Belə ki, bu oyunda bütün futbolçuların ümumi dəyəri 1,7 milyard avrodur. "Real"ın 977 milyon 300 min avro, "Atletiko"nun isə 807 milyon avroluq heyəti var.

"Real"dan ən bahalı futbolçu 90 milyon avro ilə Qaret Beyldir. "Atletiko"da isə ən bahalı futbolçu 120 milyon qiyməti olan Antuan Qrizmanndır.

UEFA Super Kuboku Estoniyanın paytaxtı Tallin şəhərində keçiriləcək. Avqustun 15-də başlayacaq oyunun start fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right