Araz Abdullayev Bundesliqa klubu ilə 2 illik müqavilə imzalayır

Azərbaycan millisinin üzvü Araz Abdullayevin yeni klubunun adına aydınlıq gəlib.

Newsport.az saytının məlumatına görə, yarımmüdafiəçi karyerasını Avstriyada davam etdirəcək. 26 yaşlı futbolçu Bundesliqa təmsilçisi "Mattersburq"la münasibətlərini rəsmiləşdirib. "Mattersburq" uzun müddətdi danışıq apardığı futbolçu ilə 2 illik müqavilə imzalayacaq.

Arazın keçidi 3 klubun - "Qəbələ", "Panionios" və "Mattersburq"un ortaq məxrəcə gəlməsindən sonra reallaşıb. Belə ki, Araz "Qəbələ"dən ayrıldıqdan sonra "Panionios"a transfer olunmuş, lakin cəmi 1 məşqdən sonra klubdan ayrılmışdı. "Panionios" Araza görə "Qəbələ"yə 75 min avro ödəmişdi.

Qeyd edək ki, Avstriya təmsilçisi millimizin üzvü Ramil Şeydayevi də rənglərinə bağlayıb.

Əlavə edək ki, Abdullayev ötən mövsümü icarə əsasında Kiprin "Anortosis" klubunda keçirib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right