"Qarabağ"la qarşılaşmada tələsməməliyik" - Mirko İvaniç

"İlk oyunda yaxşı nəticə əldə etmişik. Məşqçi heyətimiz də sabahkı oyun üçün öz taktiki göstərişlərini verib.  Necə oynayacağımızı bilmərəm. Ancaq oyuna yaxşı hazırlaşmışıq".  

Newsport.az saytının məlumatına görə, bu sözləri Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Belarusun BATE klubunun futbolçusu Mirko İvaniç deyib.  

Monteneqrolu futbolçu sabah keçiriləcək cavab oyunu haqda danışıb.  O, səbr etməli, sakit oynamalı olduqlarını bildirib: "Bakıda qeydə alınan nəticəni nəzərə alsaq, tələsməməliyik.  Görək, necə olur". 

24 yaşlı oyunçu ilk qarşılaşmadakı çıxışından razı qaldığını sözlərinə əlavə edib: "İlk oyunda özümdən 50 faiz razı qaldım. Düşünürəm ki, pis oynamadım. Aleksey Riosa köməklik göstərdim.  Siqneviçə baş zərbəsi vurmaq üçün ötürmə verdim".  

Hücumameyilli yarımmüdafiəçi Bakıdakı qarşılşamanın nəticəsinin təsadüfi olmadığını vurğulayıb: "Qarabağ" yaxşı komandadı.  Sadəcə, biz onlarla oyuna yaxşı hazırlaşmışdıq.  Məşqçimizin bizdən nə istədiyini, paltardəyişmə otağında dediklərini həyata keçirdik. İlk oyundakı nəticə təsadüfi deyildi".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right