Azərbaycanlı futbolçunun “Ermis”ə keçidi baş tutmadı

Azərbaycan milli komandasının sabiq üzvü  Amit Quluzadənin Kiprin “Ermis” klubuna keçidi son anda alınmayıb.

Newsport.az saytının məlumatına görə, Kosovonun “Drita” klubundan ayrıldıqdan sonra Amit “Ermis” komandası ilə müqavilənin bütün detallarını razılaşdırıb. Amma yekunda rəhbərlik bir başqa futbolçu üzərində seçim edib.

Odur ki, Amit digər variantları nəzərdən keçirir.

Qeyd edək ki, Amit karyerası ərzində "Neftçi", "Kayseri Ərciyəsspor" (Türkiyə), "Rəvan", "Qəbələ", "Atletiko" (Lissabon, Portuqaliya), "Sumqayıt", AEL (Larissa, Yunanıstan) və "Drita" (Kosovo) klublarında çıxış edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right