Fərid Nəbiyev 80 dəqiqə oynadı

Çexiyanın futbol üzrə gənclər liqasında 1-ci turdan təxirə salınmış oyunlar keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” doğma meydanda “Sparta” ilə üz-üzə gəlib və bu oyundan məğlubiyyətlə ayrılıb - 2:5.

Nəbiyev meydana start heyətində çıxıb və 80-ci dəqiqədə əvəzlənib.

“Slaviya”nın U-21 komandası hazırda 3 xalla 12 komanda arasında 8-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right