Messi kapitan oldu

"Barselona"nın yeni kapitanı müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Andres İnyestanın komandadan gedişindən sonra kapitanlıq sarğısı Lionel Messiyə verilib. Argentina millisinin də kapitanı olan 31 yaşlı hücumçu bunadək Kataloniya klubunda vitse-kapitan idi. 

Hazırda isə vitse-kapitanlar Serxio Butskes, Jerar Pike və Serxi Robertodur.

Qeyd edək ki, 16 yaşında "Barselona"ya cəlb edilən Messi 2005-ci ildən əsas komandada çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right