Ramil Şeydayev Rusiya klubuna keçir?

"Trabzonspor"dan ayrılan Ramil Şeydayev Rusiyada oynaya bilər.

Newsport.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 22 yaşlı hücumçu Premyer Liqa təmsilçisi "Krılya Sovetov"la danışıqla aparır. Əgər tərəflər razılığa gəlsələr, transfer rəsmiləşəcək.

Qeyd edəl ki, Şeydayev "Zenit"in yetirməsidir. Millimizin üzvü "Rubin"də də icarə əsasında çıxış edib. 2016-cı ildə "Trabzonspor"a transfer olan forvard "Jilina" və "Qarabağ"da icarə əsasında oynayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right