"Fənərbaxça" "Lester Siti"nin hücumçusunu alır

"Fənərbaxça" hücum xəttini gücləndirmək üçün hərəkətə keçib.

Newsport.az-ın məlumatına görə, İstanbul nəhəngi "Lester Siti" ilə İslam Slimaninin keçidində anlaşmaq üzrədir. Əgər danışıqlar sona qədər uğurlu alınsa,Əlcəzair millisinin üzvü "sarı-lacivərdlilər"də 1 illik icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Slimani 2016-cı ildə "Sportinq"dən "tülkülər"ə 28 milyon funt-sterlinqə keçib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right