UEFA reytinqi açıqladı: ən yaxşımız "Qarabağ"dır

UEFA klubların yeni reytinq siyahısını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, cədvəldə klublarımızdan ən yaxşı göstəriciyə malik olan "Qarabağ"ın mövqeyi dəyişməyib. 19,000 xalı olan "Qarabağ" eyni xala malik "Selta" (İspaniya) ilə birgə 65-66-cı pillələri bölüşürlər. "Qarabağ"dan bir pillə öndə isə Belarusun BATE klubudur (19,500 xal).

Digər klublarımızdan "Qəbələ" aktivindəki 6.250 xalla 169-cudurr. "Neftçi", "Keşlə", "Zirə", "Xəzər Lənkəran" və "Kəpəz" 3.625 xalla 281-291-ci yerləri bölüşürlər.

Qeyd edək ki, son 5 mövsümün nəticələrinə əsasən tərtib edilən siyahıya 131,000 xala malik "Real" başçılıq edir. "Bavariya" və "Barselona" 112,000 xalla 2-3-cü yerləri bölüşürlər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right