"Qəbələ"nin sabiq futbolçusunun başı dərddə: "Uşaqlarına sahib çıx!"

"Qəbələ"nin sabiq futbolçusu, hazırda Serbiyanın "Srvena Zvezda" klubunda çıxış edən Lorenso Ebesilyonun başı qalmaqaldadır.

Newsport.az-ın məlumatına görə, Rusiya telekanallarının birində Anna Baqayeva və Darya Danilina adlı qadınlar hollandiyalı yarımmüdafiəçidən dünyaya uşaq gətirdiklərini iddia ediblər. Hər iki uşaq ötən il dünyaya göz açıblar. Futbolçu uşaqları əvvəlcədən qəbul etsə də, sonradan qadınlarla əlaqəni kəsib. DNT analizi uşaqların bacı-qardaş (Mateo, Malena) olduğunu təsdiq edib. Anna və Darya Lorensodan uşaqlara sahib çıxmağı tələb ediblər.

Qeyd edək ki, 2017-2017-ci illərdə "Anji"də çıxış edib. 26 yaşlı futbolçu Mahaçqala klubundan ayrıldıqdan sonra APOEL-də də çıxış edib. 2013/14 mövsmünü "Qəbələ"də icarə əsasında keçirən yarımmüdafiəçi hazırda "Srvena Zvezda"nın şərəfini qoruyur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right