"Barselona"nın futbolçusu "Everton"da

Adı "Mançester Yunayted"lə hallanan "Barselona"nın müdafiəçisi Yerri Minanın yeni klubu bəlli olmaq üzrədir.

Newsport.az-ın məlumatına görə, Kolumbiya millisinin üzvü "Everton"a transfer olacaq. 23 yaşlı müdafiəçi Liverpul təmsilçisi üçün tibbi müayinədən keçib. Gün ərzində onun transferi rəsmən açıqlanacaq. Bu transferinin 30 milyon avro qarşılığında reallaşacağı gözlənilir.

Qeyd edək ki, Mina ötən mövsüm qış fasiləsində "Barselona"ya keçmişdi və 5 oyunda şans qazanmışdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right