Dieqo Simeone: "Qarabağ"la qarşılaşmalar bizim üçün zərbə oldu"

"Çempionlar Liqasından kənarda qalmağımızı həzm etmək çətin idi. Çünkü qrupumuzun liderlərindən xal alıb nəyə qadir olduğumuzu göstərmişdik".

Newsport.az-ın məlumatına görə, bu sözləri Madridin "Atletiko" klubunun baş məşqçisi Dieqo Simeone deyib.  

48 yaşlı çalışdırıcı ötən mövsüm qitənin 1 nömrəli klub turnirinin qrup mərhələsində mübarizəni dayandırmalarının səbəblərini açıqlayıb. O, bunun səbəbkarı kimi Azərbaycan çempionu "Qarabağ"ı göstərib: "Bizim qarşımızı "Çelsi" və "Roma" kəsmədi. "Qarabağ"la matçlardakı uğursuzluq səbəbi ilə növbəti mərhələyə yüksələ bilmədik. Bu, bizim üçün zərbə oldu. Çünki Çempionlar Liqasında yaxşı çıxış etmək haqda düşünürdük".   

Argentinalı məşqçi avqustun 15-də UEFA Superkuboku uğrunda “Real”la keçirəcəkləri oyun haqda danışıb: "Bir müddət uğursuzluq zolağına düşsək də, sonradan özümüzə gəldik və Avropa Liqasının qalibi olduq.  Qarşıda bizi "Real"la vacib və çətin qarşılaşma gözləyir. Məvsümə kubokla başlamaq bizim üçün əlavə motivasiya olacaq". 

Qeyd edək ki, ötən mövsüm Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Atletiko” həm Bakıda, həm də Madriddə xal itkisi ilə üzləşib (0:0, 1:1). 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right