Yunanıstanlı azarkeşlər rus jurnalistləri döydülər

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən PAOK - “Spartak” (3:2) matçından öncə qalmaqal baş verib. 

Newsport.az-ın məlumatına görə, "Tumba" stadionun ətrafında rus jurnalistlər yerli azarkeşlərin hücumuna məruz qalıblar. Rusiyalı jurnalist Dmitri Yeqorov sosial şəbəkə hesabında paylaşdığı məlumatda yunanıstanlı azarkeşlər tərəfindən bir neçə jurnalistin döyüldüyünü yazıb. Yunan azarkeşlər qələm əhlini döyməklə kifayətlənməyiblər. Onlar oyunu işıqlandırmağa gələn jurnalistləri soyublar və üstəlik, akkreditasiyalarını almağa da cəhd ediblər.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right