"Keşlə" Serbiya millisinin sabiq üzvünü transfer etdi

"Keşlə" klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi serbiyalı Nikola Mitroviçi transfer edib. Yarımmüdafiəçi bir müddətdi komandanın düşərgəsində baxışda idi və artıq onunla bağlı qərar verilib.  Baş məşqçi Mladen Milinkoviç həmyerlisi ilə müqavilə imzalanmasını istəyib.  

31 yaşlı futbolçu ötən mövsümü Polşanın "Visla" klubunun heyətində keçirib.  Serbiya millisinin sabiq üzvü mövsümün ikinci dövrəsində transfer olunduğu sözügedən komandanın heyətində 13 oyun keçirib.  

Qeyd edək ki, Mitroviç karyerası ərzində "Napredak", "Partizan", "Volqa", "Uypeşt", "Videoton", "Makkabi", "Şanxay Şensin", "Bney Yehuda" və "Anortosis" kimi klublarda forma geyinib.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right