Kurtua "Real"a, Kovaçiç "Çelsi"yə keçdi RƏSMİ

"Çelsi"nin qapıçısı Tibo Kurtuanın "Real"a keçidi baş tutub.

Newsport.az-ın məlumatına görə, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb. Bu keçidin qarşılığında "kral klubu" yarımmüdafiəçisi Mateo Kovaçiçi London təmsilçisinə 1 il icarəyə verib. Kurtuanın transferindən "zadəganlar" 35 milyon avro qazanıb.

Qeyd edək ki, "Çelsi" 26 yaşlı belçikalı qapıçının əvəzinə "Atletik"dən Kepa Arrisabalaqanı 80 milyon avroya transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right