ŞOK! Avropa Liqasının bombardiri oğurlandı

Latviyanın "Ventspils" klubunun hücumçusu Adeleki Akinemi oğurlanıb.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bəyanatda negiriyalı hücumçunun klubun bazasına gəlmədiyi və onun harada olduğu bilinmədiyi yazılıb: “Futbolçu qanunsuz olaraq, klubun bazasını və şəhəri tərk edib. Son 10 gündə bir neçə şəxs aktiv şəkildə kluba mesajlar yazıb. Təxmin edirik ki, bu cinayətin arxasında təşkilatlanmış qrup dayanır. Bizim futboçunu geri qaytarmaq tələbinə cavab olaraq, həmin şəxslər kluba təzyiq göstərir və şantaj edirlər. Adelekinin “Ventspils”də çıxışı ilə diqqətləri öz üzərinə cəlb etməsindən sonra digər klubların oyunçumuza olan marağı artıb. Futbolçumuzun onun satışından pul qazanmaq məqsədi oğurlanmasından əminik”.

"Ventspils" hadisə ilə əlaqədar polisə müraciət edib. Klub həmçinin, FİFA və UEFA-nı işə cəlb etməyə hazır olduğunu qeyd edib.

Qeyd edək ki, Adeleke Akinyemi Avropa Liqasının 2018/2019 mövsümündə bombardirlər siyahısına 7 qolla başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right