Federasiya prezidentinin Qvardiola arzusu

Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapiya maraqlı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, qurum rəsmisi milli komandanın "sükanı arxası"na Pep Qvardiolanı görmək istədiklərini açıqlayıb. DÇ-2018-də uğursuz çıxışdan sonra postundan qovulan Xorxe Sampaolini müvəqqəti olaraq, Lionel Skaloni əvəzləyib. Lakin federasiyasın Qvardiola arzusu var. Tapiya 47 yaşlı mütəxəssisin "tanqoçular"ın "sükanı"na keçəcəyinin çox çətin məsələ olduğunu və bu anlaşmanın mümkün olmayacağını deyib.

Qeyd edək ki, Qvardiolanın "Mançester Siti" ilə 2021-ci ilə qədər müqaviləsi mövcuddur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right