Qriqorçuk Qazaxıstanda ayın məşqçisi seçildi

"Qəbələ"nin sabiq çalışdırıcısı Roman Qriqorçuk Qazaxıstanda iyul ayının ən yaxşı məşqçisi seçilib.

Newsport.az saytının məlumatına görə, hazırda "Astana"ya başçılıq edən ukraynalı mütəxəssis Peşəkar Futbol Liqasının Premyer Liqa klublarının baş məşqçiləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, bütün həmkarlarını qabaqlayıb. 12 məşqçidən cəmi 3-ü Qriqorçuka səs verməyib ki, onlardan da biri özü olub.

Qeyd edək ki, Qriqorçuk ötən mövsümün sonunda "Qəbələ"dən ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right