Co Hartın yeni klubu bəlli oldu

"Mançester Siti" baş məşqçi Pep Qvardiolanın heyətdə düşünmədiyi Co Hartla yolları ayırıb.

Newsport.az saytının məlumatına görə, ingiltərəli qapıçı Premyer Liqanın digər təmsilçisi "Börnli"yə transfer olub. Tərəflər arasında 2 illik müqavilə gerçəkləşib. "Şəhərlilər" bu transferdən 3,5 milyon funt-sterlinq qazanıb.

Qeyd edək ki, 31 yaşlı qapıçı 2006-cı ildən "Mançester Siti"də çıxış edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right